10 ölkədə minlərlə koronavirus ölümü qeydiyyata alınmayıb? - ARAŞDIRMA
23.04.2020 09:58 Dünya

10 ölkədə minlərlə koronavirus ölümü qeydiyyata alınmayıb? - ARAŞDIRMA

“MediaPost” “tr.euronews.com”a istinadla xəbər verir ki, araşdırma zamanı ABŞ, İspaniya, Niderland, Belçika, Fransa, İsveç, İngiltərə, İsveçrə, İndoneziyaTürkiyədəki ölüm hallarının sayına baxılıb.

10 ölkənin məlumatlarına görə, mart-aprel aylarında dünyasını dəyişənlərin sayı əvvəlki illin eyni dövrü ilə müqayisədə daha çoxdur. Belə ki, ölümlərin ümumi sayından COVID-19-dan ölənləri çıxdıqda belə rəqəmlərin əvvəlki illərdən çoxluq təşkil edir. Bu da müalicə şəraiti olmadığı üçün insanların koronavirusdan ölməsi ehtimalını gücləndirir.

“New York Times” qəzetinin araşdırmasında Paris şəhərində hər gün ölənlərin sayının normal ildə ölənlərin sayından iki dəfə çox olduğu üzə çıxıb. Nyu Yorkda isə vəziyyət normadan 4 dəfə çoxdur.

İstanbulda 9 mart-12 aprel tarixlərindəki ölüm sayını əvvəlki illərlə müqayisə etdikdə bu tarixlərdə əlavə 2 100 ölümün baş verdiyi bəlli olur. Bu da Türkiyədə açıqlanan rəsmi koronavirus ölümlərinin iki qatı deməkdir. Məqalədə İstanbulda mart ayındakı ölüm hallarının artmasının fevralda virusa yoluxan şəxslərdən qaynaqlanmış ola biləcəyi ehtimalı irəli sürülüb.

Bundan əlavə, İndoneziyanın Cakarta şəhərində açıqlanan rəqəmlərə görə martda 84 nəfərin koronavirusdan öldüyü bildirilib. Amma bu dövrdə ölənlərin sayının əvvəlki illərdə müqayisədə 1000 nəfər çox olduğu qeyd edilib.

Qəzetə açıqlama verən əhali üzrə ekspert Tim Riff ölkələrin sadəcə xəstəxanalarda baş verən COVID-19 ölümlərini qeydə aldığını, amma ümumi ölümlərin sayına baxdıqda real mənzərənin üzə çıxdığını deyib.

Xəbərlər departamenti

Gündəm