10 yaşlı oğlanın ölümü ilə bağlı açıqlama
14.01.2020 15:14 Cəmiyyət

10 yaşlı oğlanın ölümü ilə bağlı açıqlama

TƏBİB-dən "MediaPost"a bildirilib ki, 11 yanvar 2020-ci ildə saat 10:24-də 2010-cu il təvəllüdlü Mahatov Turan Tural oğlu Balakən rayon Mərkəzi Xəstəxanasına kəskin respirator virus infeksiyası ilə gətirilib:

"Xəstəyə ilkin ambulator yardım göstərildikdən sonra evə buraxılıb. 12.01.2020-ci ildə saat 00:05-də ağırlaşma ilə yenidən xəstəxanaya müraciət olunub, təcili yardım şöbəsində yardım edilib. Valideynləri tərəfindən Bakıya aparılarkən yolda dünyasını dəyişib".

Faktla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi araşdırma aparır.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm