102 gündür koronavirus qeydə alınmırdı: Artıq ölkədə ilk yoluxma halı müəyyən edilib
11.08.2020 22:11 Gündəm Dünya

102 gündür koronavirus qeydə alınmırdı: Artıq ölkədə ilk yoluxma halı müəyyən edilib

Yeni Zelandiyanın Baş Naziri Casinda Ardern bildirib ki, Oklenddə bir ailənin dörd üzvündə koronavirus aşkarlanıb. Bu, son 102 gündə ölkədə qeydə alınan ilk yerli yoluxma halıdır. 

“MediaPost” bildirir ki, bu barədə “Medical Xpress” xəbər verib.

Oklend, ölkənin ən böyük şəhəri, çərşənbə günündən cümə gününün gecə yarısına qədər məhdudiyyətlərin üçüncü səviyyəsinə keçiriləcək. İnsanlardan evdə qalmaları xahiş ediləcək, barlar və bir çox digər müəssisələr bağlanacaq. Oklendə giriş şəhər sakinlərinin evə qayıtması halları istisna olmaqla, hər kəs üçün qadağan olunacaq.

Ölkənin qalan hissəsində karantin tədbirlərinin ikinci səviyyəsi tətbiq edilir: kütləvi toplantılar 100 nəfərə qədər məhdudlaşdırılacaq, hər kəs sosial məsafəyə mütləq əməl etməli olacaq. Qafqazinfo

“MediaPost”

Xəbərlər şöbəsi

Gündəm