10:45-dən sonra imtahana buraxılmayacaqsınız
11.08.2020 12:53 Gündəm Cəmiyyət

10:45-dən sonra imtahana buraxılmayacaqsınız

Dövlət İmtahan Mərkəzi tərəfindən 13-14 avqust 2020-ci il tarixlərində qəbul imtahanları keçiriləcək.

DİM-dən “MediaPost”a bildirilib ki, imtahanlar respublikanın 35 şəhər və rayonunda təşkil olunacaq.

• cari və əvvəlki illərin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanları;

• I və IV ixtisas qrupları üzrə ali təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı və qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan (Azərbaycan və ya rus dili) da keçiriləcək.

İmtahanlar saat 11:00-da başlanır. 

İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. 

Xəbərlər şöbəsi

Gündəm