120 min rus "Qarabağ Azərbaycandır!" deyir - <span>VİDEO</span>
05.11.2020 10:15 Qarabağ Azərbaycandır

120 min rus "Qarabağ Azərbaycandır!" deyir - VİDEO

“İstəyirik ki, uşaqlarımız əvvəllər olduğu kimi sülh içində yaşasınlar. Qarabağ Azərbaycandır!".

"MediaPost" xəbər verir ki, bu barədə Azərbaycan Rus İcmasının rəsmi "Facebook" səhifəsində paylaşılan videoda bildirilib.

Videoda görüntülənən və müxtəlif peşə, yaş və cinsdən olan rus vətəndaşları sülh şəraitində yaşamaq istəklərini və Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını söyləyib:

“Azərbaycanda 120 min rus yaşayır. Biz hər zaman olduğu kimi indi də sülh və əmin-amanlıq içində yaşayırıq, öz dinimizə rahat şəkildə riayət edir və öz kilsələrimizdə dua edirik. Biz öz dilimizdə oxuyuruq - Azərbaycanda 300-dən çox rus məktəbi var. Bayramlarımızın hamısını birlikdə qeyd edirik. Biz bütün azərbaycanlılar kimi, Azərbaycanın ərazi bütövlüyünün mövcudluğunun təməli olduğuna əminik. Azərbaycan bu müharibəyə başlamamışdı, amma bu gün onun ərazisində döyüşlər gedir. Təxminən 30 ildir ki, respublika ərazisinin 20%-i işğal altındadır və işğal faktı dünyanın demək olar ki, bütün ölkələri tərəfindən tanınır".

Videoda həmçinin, Azərbaycanın öz əraziləri bütövlüyünün bərpa olunması, işğala son qoyulması və yaxşı qonşuluq münasibətlərini təmin edilməsi uğrunda mübarizə apardığı vurğulanıb.

 

Anara Mikail

Gündəm