1240 nəfəri gün vurdu, 3 nəfər öldü
12.08.2020 08:19 Gündəm Dünya

1240 nəfəri gün vurdu, 3 nəfər öldü

Avqustun 11-də Yaponiyada 1240 nəfər günvurma diaqnozu ilə xəstəxanalara yerləşdirilib, 3 nəfər həyatını itirib.

“MediaPost” Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, həmin gün Qunma və Caytama prefekturalarında 40 dərəcədən yuxarı istilər qeydə alınıb. Bildirilir ki, cari ildə koronavirus pandemiyası ilə əlaqədar insanların tibbi maska daşıması onların bədən temperaturunun artmasına təsir göstərir.

Yaponiya Ətraf Mühitin Mühafizəsi Nazirliyi və Meteorologiya Agentliyi Tokio və Çiba daxil olmaqla 7 prefekturada günvurma təhlükəsi barədə xəbərdarlıq yayıb.

Xəbərlər şöbəsi

Gündəm