125 nəfərin deputatlığa namizədliyi qeydə alınıb
02.01.2020 12:58 Daxili siyasət

125 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

“MediaPost” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, namizədlərin 457 nəfəri 19 siyasi partiya tərəfindən irəli sürülüb: "15 nəfər təşəbbüs qrupları tərəfindən, 1673 nəfər isə fərdi qaydada namizədliyini irəli sürüb".

MSK sədri bildirib ki, müraciət edən şəxslərin 1954 nəfərinin namizədliyi artıq təsdiq olunub:

“Onlardan 1747 nəfəri isə imza vərəqələrini artıq götürüb, 381 nəfəri qaytarıb, 125-i isə qeydə alınıb”.

MSK sədri bildirib ki, parlament seçkilərində nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim edilməsi prosesi yanvarın 10-u saat 18:00-a kimi davam edəcək.

Məzahir Pənahov həmçinin vurğulayıb ki, sosial şəbəkələrdə olan görüntülər ciddi araşdırılır.

Qeyd edək ki, Azərbaycanda parlament seçkiləri fevralın 9-na təyin edilib

Xəbərlər departamenti

Gündəm