130-dan çox insana məzar olan tunel xalqın üzünə açılıb - FOTOLAR, VİDEO
08.11.2019 13:13 Gündəm

130-dan çox insana məzar olan tunel xalqın üzünə açılıb - FOTOLAR, VİDEO

İkinci Dünya müharibəsində Almaniyanın iki hissəyə bölünməsi ən faciəvi hadisələrindən bir hesab olunur. Berlinin mərkəzindən keçən divar ölkənin siyasi bölünməsi ilə nəticələnmişdi. Amma bölünən sadəcə, ölkə deyildi, eyni zamanda, insanlar sevdiklərindən də 1989-cu ilə qədər ayrılmaq məcburiyyətində qalmışdı.

Berlin Duvarı'nın kaçış tüneli halka açıldı

Mediapost.az xəbər verir ki, Almaniya hökuməti Berlin divarının sökülməsinin 30-cu il dönümü münasibətilə divarın tunelini xalqa üzünı açıq elan edib. Ölkənin "qara ləkəsi" hesabl olunaraq tarixdə qalan səddi izadihamlı şəkildə ziyarət olunduğu bildirilir.


1961-ci ildə hörülən Berlin divarı 28 il ərzində dünyanı iki hissəyə bölüb. 1989-cu ildə başlanan söküntü prosesi 9 noyabr 1991-ci ildə yekunlaşıb. Bu müddət ərazində divarı aşmaq istəyən 136 nəfərin həyatını itirdiyi bildirilir.


Şərqi Almaniyanın qəddarlığı ilə məşhurlaşan kəşfiyyat xidməti Stasi tərəfindən aşkar olana qədər yüzlərlə insanı azadlığa daşıyan Bernaure Strassedəki 250 metrlik tunel dünən hamının üzünə açılıb.


"Bu tunellər Şərqi Almaniya rejiminin əlindən insaları qurtaran cəsur kişilər tərəfindən açıldı. Azadlıq mübarizəsi yerin altında belə dayanmadı" - Belin Bələdiyyə başqanı Mixael Müller belə deyib.


Xəbərlər departamenti

Gündəm