142 - Çağrı Mərkəzinə bu ay daxil olan zənglərin sayı açıqlandı
18.04.2020 15:55 Cəmiyyət

142 - Çağrı Mərkəzinə bu ay daxil olan zənglərin sayı açıqlandı

Pandemiya ilə əlaqədar sosial dəstək tədbirlərinin geniş miqyas aldığı indiki dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 - Çağrı Mərkəzi də gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Nazirlikdən "MediaPost"a verilən məlumata görə, təkcə bu ay, yəni aprelin 1-dən 142 - Çağrı Mərkəzinə vətəndaşlar tərəfindən 94 minə yaxın zəng daxil olub.

Əmək, məşğulluq, sosial müdafiə tədbirləri, tibbi-sosial reabilitasiya, habelə hazırda həyata keçirilən sosial dəstək tədbirləri və s. ilə bağlı müraciətlər əməkdaşlar tərəfindən ətraflı cavablandırılır. Sorğu xarakteri daşıyan müraciətlərlə bağlı izahat və məlumatlar verilir.

Çağrı Mərkəzində saat 9:00-dan 24:00-a kimi 100-dək operator tərəfindən zənglər cavablandırılır.

Xəbərlər departamenti

Gündəm