16 illik evlilik 15 dəqiqədə bitdi
21.09.2020 09:22 Şou-biznes

16 illik evlilik 15 dəqiqədə bitdi

“Yedi numara” serialı ilə məşhurlaşan türkiyəli aktyor Atılqan Gümüş 15 yaşlı övladının anası Verda Gümüşlə 16 illik evliliyini anlaşmalı şəkildə bitirib.

“MediaPost” xəbər verir ki, onlar birlikdə məhkəməyə müraciət edərək fikrən və ruhən dolana bilmədiklərini bildiriblər. Eks cütlük məhkəməyə vəkilləri ilə qatılıb. 15 dəqiqə çəkən proseslə evlilik sona yetib.

Tərəflər arasındakı razılığa əsasən onların oğlu anasında qalacaq. A.Gümüş aylıq oğluna 4 min 500 lirə aliment ödəyəcək. Onlar bir-birindən təzminat tələb etməyəcək.

Pərviz Hüseyn

Gündəm