17 nəfər koronavirus xəstəsi reanimasiyadadır, 6 nəfər süni nəfəs aparatına qoşulub - TƏBİB
15.04.2020 15:23 Gündəm

17 nəfər koronavirus xəstəsi reanimasiyadadır, 6 nəfər süni nəfəs aparatına qoşulub - TƏBİB

"MediaPost" xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

"Bu günə ağır xəstələrimizin olmasına baxmayaraq vəfat edən yoxdur. Ümumilikdə 75 397 test icra edilib. Ölkədə ünumi yoluxmaların sayı 1253 təşkil edir. Ümumi ölüm hallarının sayı 13-dür. Respublikada koronavirusdan sağalanların sayı 404 nəfərə çatıb".

Onun sözlərinə görə, hazırda ölkədə 836 koronavirus xəstəsi var ki, onlardan 17 nəfəri reanimasiyadadır: "6 nəfər süni tənəffüs aparatına qoşularaq müalicələrini davam etdirirlər".

Xəbərlər departamenti

Gündəm