Toyunuzu təyyarədə edə bilərsiniz - 18 min dollara - <span>FOTOLAR</span>
05.11.2020 14:29 Cəmiyyət

Toyunuzu təyyarədə edə bilərsiniz - 18 min dollara - FOTOLAR

Koronavirus səbəbilə məhdudlaşdırılan toyları fürsət bilən dünyaca məşhur təyyarə kirayəsi şirkəti “AirCharter Service” evlənmək istəyən cütlüklərə “Səmaya toy” təklifi edir.

“MediaPost” xəbər verir ki, iki saat çəkən səma toyu üçün paketlər 18 min dollardan başlayır. 16 oturacaqlı özəl təyyarələr də var, 6 oturacaqlı mini jetlər də. Toyun ümumi qiyməti təyyarənin böyüklüyü, əyləncənin nə qədər özəl olmasına görə dəyişir.

Hər paketdə standartlarla yanaşı, cütlüyün seçdiyi hava limanına sürücülü bir avtomobillə aparılması, təyyarədə çiçəklər, qida və içkilər də daxildir. Lakin təyyarədə rəsmi nikah kəsilməsi imkanı yoxdur.

Sadəcə bəylə gəlinin olduğu 18 min dollarlıq toy paketindən başqa “Səmada böyük toy” paketi də mövcuddur. Bu isə 28 min dollardan başlayır. Toya qatılmaq istəyənlər üçün 16 oturacaq mövcuddur. Təyyarənin marşurutunu da cütlük özü seçir.

Pərviz Hüseyn

Gündəm