19 yaşlı tələbə oğurlanaraq Bakıya gətirilib
27.11.2019 07:22 Gündəm

19 yaşlı tələbə oğurlanaraq Bakıya gətirilib

Şəki şəhərində tələbə qız oğurlanıb.

Trend-in məlumatına görə, hadisə Şəki Tibb Kollecində baş verib.

Oğuz rayonunun Sincan kənd sakini Ələkbərov Xalid Ələkbər oğlu polisə müraciət edərək bildirib ki, noyabrın 22-də qızı, 2000-ci il təvəllüdlü Aygün Ələkbərli təhsil aldığı həmin kollecdən oğurlanıb.

Araşdırmalar zamanı məlum olub ki, qızı İntiqam Kərimov adlı şəxs tərəfindən oğurlanıb və hazırda Bakının Binəqədi rayonu, DSK yolu deyilən ərazidəki evlərdən birində saxlanılır.

Lent.az -ın yazdığına görə isə oğurlandığı deyilən 19 yaşlı Aygün Ələkbərli özünün istəyi ilə qaçıb. Onun İ.Kərimovla sevgili olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Mediapost.az

Xəbərlər departamenti

Gündəm