190 manat ödəniləcək, iş yerləri açılacaq - Nazir
07.08.2020 09:20 Gündəm Cəmiyyət

190 manat ödəniləcək, iş yerləri açılacaq - Nazir

Qapanma iyun ayının 20-dən başlamışdı və avqust ayının 5-də SMS bildiriş ləğv olundu. Yaxın günlərdə iş yerlərinin təkrar fəaliyyətə başlaması nəzərdə tutulur. Buna gör də, iki aylıq dövr üçün qapanan regionlar üzrə bu ödənişlər həyata keçirilir.

“MediaPost” xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib. O bildirib ki, avqust ayı üzrə 190 manatlıq ödəniş iş yerləri məhdudlaşdırılan 13 rayon və şəhər üzrə ödəniləcək:

"13 rayon və şəhərdə 278 min insan 190 manat ödənişi almışdı. Həmin şəxslərə yenidən ödənişin edilməsi üçün 53 mln. manat ayrılacaq. Əlbəttə, siyahı üzrə təkrar yoxlamalar davam etdiriləcək. Çünki kimlərsə əmək müqaviləsi bağlaya bilər və ya sahibkarlıq fəaliyyətinə başlaya bilər, kimlərsə aztəminatlılıq meyarından çıxa bilər. Yoxlamalar bitdikdən sonra 4-cü ödənişin nə qədər insanı əhatə edəcəyi və ümumi məbləği dəqiq bilinəcək".

Könül Vəliyeva

Gündəm