190 manat yenidən veriləcəkmi? - <span>RƏSMİ AÇIQLAMA</span>
03.08.2020 15:25 Gündəm Cəmiyyət

190 manat yenidən veriləcəkmi? - RƏSMİ AÇIQLAMA

Dövlətimiz tərəfindən koronavirus pandemiyası başlayandan etibarən sosial-iqtisadi yardım paketləri davam etdirilir.

"MediaPost" xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

"Pandemiyadan xüsusilə əziyyət çəkmiş vergi ödəyiciləri və sahibkarlıq subyektlərinə dəstəklərin verilməsi həmçinin də muzdlu işçilərin əhəmiyyətli bir hissəsinin dövlət tərəfindən ödənilməsi istiqamətində olan səylər bundan sonra da davam etdiriləcək. 28 iyul 2020-ci il tarixinədək maliyyə dəstəyi almaq üçün 272 939 muzdlu işçisi olan 30 minə yaxın vergi ödəyicisi müraciət edib. Müvafiq araşdırma və təhlillər sən sonra 24 825 vergi ödəyicisinə 2-ci tranş üzrə müvafiq ödəmələr həyata keçirilib.

Sahibkarlıq subyektlərinə əlavə dəstəyin verilməsi nəzərdən keçirilməkdədir.Pandemiyadan xüsusilə əziyyət çəkmiş sahələrə 2 ay ərzində birdəfəlik yaxud iki bərabər hissəyə bölünməklə maliyyə dəstəyi kimi məsələlər barədə müvafiq qərarlar var.

Maliyyə dəstəyinə ehtiyacı olan  fərdi sahibkarlara təkrar 250 manat ödənişlərin həyata keçirilməsi diqqət mərkəzində olan mövzulardan biridir".

Billürə Yunus

Xəbərlər şöbəsi

Gündəm