"190 manatın ödənilməsində şəffaflıq tam təmin olunub" - Nazir
07.08.2020 09:49 Gündəm Cəmiyyət

"190 manatın ödənilməsində şəffaflıq tam təmin olunub" - Nazir

“Xüsusi olaraq vurğulayım ki, bu istiqamətdə monitorinqlər də mütəmadi olaraq  aparılır və şəffaflığın tam təmin edilməsi üçün həm 190 manatlıq ödənişlə bağlı, həm də haqqı ödənilən ictimai iş yerləri ilə bağlı bütün siyahılar nazirliyin veb səhifəsində tam açıqlanıb”. 

“MediaPost” xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib:

“Adbaad, adambaadam regionlar üzrə tam şəkildə açıqlanıb və şəffaflıq tam şəkildə təmin edilib”.

Nazir bildirib ki, burada hər hansı müdaxilədən söhbət gedə bilməz: “190 manatlıq ödənişlərlə bağlı xüsusi olaraq qeyd edim ki, burada hər hansı bir vətəndaş məmur təması olmayıb. Hər hansı məmur tərəfindən subyektiv mülahizəyə yer qoyulmayıb. Bütün qiymətləndirmələr, məlumatların və ödənişlərin hər biri elektron qaydada həyata keçirilib”.

Billurə Yunus / “MediaPost”

Xəbərlər şöbəsi

Gündəm