190 manatla bağlı bu təkliflər saxtadır, fırıldaqçılara aldanmayın - Nazirlik (FOTO, VİDEO)
13.04.2020 15:44 Gündəm

190 manatla bağlı bu təkliflər saxtadır, fırıldaqçılara aldanmayın - Nazirlik (FOTO, VİDEO)

"Son günlər işsiz şəxslərə birdəfəlik ödəmə ilə bağlı qeydiyyatdan keçmələri üçün guya yardım etmək məqsədilə bir neçə sosial şəbəkə səhifəsi vasitəsilə fəaliyyət göstərilməsi müşahidə olunur. Vətəndaşları belə fırıldaqçılara aldanmamağa çağırırıq".

"MediaPost" xəbər verir ki, bunu Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbov bildirib.

O qeyd edib ki, işini və qazancını itirmiş əhali qrupuna sosial dəstək üçün nəzərdə tutulan tədbir üzərindən qazanc, mənfəət əldə etmək meyillərini nazirlik qəti şəkildə pisləyir.

"Bu cür fəaliyyətlərini davam etdirəcəkləri halda onlar barədə toplanmış məlumatlar hüquq mühafizə orqanlarına təqdim ediləcək", - qurum rəsmisi bildirib.

F.Talıbov ictimaiyyətə bunu əks etdirən bir neçə şəkli təqdim edib:

190 manatla bağlı bu xəbərlər saxtadır - Nazirlik (FOTO, VİDEO)


O, birdəfəlik ödəmə ilə bağlı müraciət imkanlarını bir daha xatırladaraq müraciət formasının videosunu diqqətə çatdırıb:

Xəbərlər departamenti

Gündəm