2 azərbaycanlı Türkiyədə bir-birini bıçaqladı
20.08.2020 10:11 Gündəm Dünya

2 azərbaycanlı Türkiyədə bir-birini bıçaqladı - VİDEO

Türkiyənin Kocaeli şəhərində 2 azərbaycanlı arasında yaranan mübahisə qanlı bitib.

“MediaPost” xəbər verir ki, İzmitdə yaşayan Y.K. və A.C. içkinin təsiri ilə bir-birini bıçaqlayıb. Daha sonra küçəyə çıxaraq dava edən şəxsləri görən vətəndaşlar təcili tibbi yardıma məlumat verib.

Hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşları sözügedən şəxsləri xəstəxanaya çatdırıb. Qeyd edilib ki, A.C.-nin vəziyyəti ağırdır. 

Mübahisəyə nəyin səbəb olduğu məlum deyil. Faktla bağlı araşdırma aparılır.

 

Xəbərlər şöbəsi

Gündəm