2 gündə 540 zəlzələ olub
07.02.2023 13:17 Region Gündəm

2 gündə 540 zəlzələ olub

Türkiyənin ətrafında son 2 gündə baş verən zəlzələ hallarının sayı açıqlanıb.

MediaPost Türkiyə mətbuatına istinadən xəbər verir ki, Aralıq dənizi bölgəsində 540 yeraltı təkan qeydə alınıb.

Bildirilib ki, müxtəlif bal gücünə malik olan zəlzələlərin hamısı hiss olunmasa da, afterşoklar davam edəcək.

Xatırladaq ki fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Son məlumata əsasən, zəlzələ nəticəsində 3419 nəfər həyatını itirib, 20 534 nəfər isə yaralanıb. 8 mindən çox insan isə dağıntılar altından salamat çıxarılıb.

Xəbərlər departamenti

Gündəm