"20 Yanvar" metrostansiyası yaxınlığında kişi meyiti tapılıb
22.11.2019 14:35

"20 Yanvar" metrostansiyası yaxınlığında kişi meyiti tapılıb

Bakıda ölüm hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Yasamal rayonu ərazisində qeydə alınıb. Metronun "20 Yanvar" stansiyası yaxınlığında kişi meyiti tapılıb.

Aparılan araşdırmalar nəticəsində onun 1938-ci il təvəllüdlü Mustafayev Adil Həsən oğlu olduğu məlum olub.

Adil Mustafayevin ölüm səbəbi araşdırılır.

Mediapost.az

Xəbərlər departamenti

Gündəm