2019-cu ildə Azərbaycanda 26672 cinayət qeydə alınıb
22.01.2020 15:15 Cəmiyyət

2019-cu ildə Azərbaycanda 26672 cinayət qeydə alınıb

"MediaPost"un xəbərinə görə, bunu Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov kollegiya iclasında deyib.

O bildirib ki, onların 92 faizi daxili işlər və prokurorluq orqanlarının səlahiyyətləri çərçivəsində istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər olub. Bu cinayətlərin 89 faizini böyük ictimai təhlükə törətməyən və az ağır növlər təşkil edib.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm