2020-ci il yanvarın 1-dən enerji içkiləri ilə bağlı qaydalar qüvvəyə minir
08.11.2019 09:19 Gündəm

2020-ci il yanvarın 1-dən enerji içkiləri ilə bağlı qaydalar qüvvəyə minir

Yanvarın 1-dən enerji içkilərinin istehsalında hər hansı növ etil spirtinin istifadəsinə yol verilməyəcək. Tərkibində karbohidratların kütlə payı isə 11%-dən artıq olmayacaq.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Mediapost.az-a verilən məlumata görə, hazırlanan “Enerji içkilərinə dair müvəqqəti sanitariya norma və qaydaları”na görə, enerji içkilərinin etiketlərində "Yaşlılara, hamilə və süd verən qadınlara, diabetdən, ürək fəaliyyətinin pozuntusundan, böyrək çatışmazlığından, hipertonik xəstəliklərdən, sinir oyanıqlığından, yuxusuzluqdan əziyyət çəkən şəxslərə, metabolizm problemi olan insanlara istifadəsi tövsiyə olunmur” sözləri qeyd edilməlidir.

Qeyd edək ki, yanvarın 1-dən “Enerji içkilərinə dair müvəqqəti sanitariya norma və qaydaları”na görə 18 yaşdan aşağı şəxslərə enerji içkilərinin satışı qadağan olunacaq.

Xəbərlər departamenti

Gündəm