2020-də ölkəmizin qaz hasilatı 8% artacaq
11.02.2020 16:31 İqtisadiyyat

2020-də ölkəmizin qaz hasilatı 8% artacaq

"APA-Economics"in "Reuters"ə istinadən verdiyi məlumata görə, bunu SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov deyib.

Onun sözlərinə görə, 2020-ci ildə ölkədə 36,5 mln. ton neft hasil ediləcək ki, bu da illik ifadədə 2,7%-lik azalma deməkdir.

Bundan başqa, Y. Lətifovun sözlərinə görə, bu il SOCAR 7,6 mln. ton neft (1,3% azalma) və 7,2 mlrd. kubmetr qaz (5,9% artım) hasil edəcəyi gözlənilir.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm