2023-cü il üçün icmal büdcənin gəlir və xərcləri artırılır
22.11.2022 16:22 Gündəm İqtisadiyyat

2023-cü il üçün icmal büdcənin gəlir və xərcləri artırılır

“Dəyişiklik edildiyi halda da layihədə 2023-cü ilin dövlət büdcənin gəlirləri 30,721 milyard manat, xərcləri 33, 300 milyard manat, kəsri isə 2,579 milyard manat məbləğində qalacaq”.

Mediapost  xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında maliyyə nazirinin müavini Azər Bayramov bildirib.

“İcmal büdcənin gəlir və xərclərində isə müvafiq olaraq 20 mln. manat artım nəzərdə tutulur. Beləliklə, icmal büdcədə gəlirlər 33,026 milyard manat, xərclər isə 37,969 milyard manat təşkil edəcək. Kəsir 4,944 milyard manat səviyyəsində qalacaq”.

news department

Gündəm