210-dan çox beynəlxalq müşahidəçi akkreditasiyadan keçib
23.01.2020 08:48 Daxili siyasət

210-dan çox beynəlxalq müşahidəçi akkreditasiyadan keçib

"MediaPost" xəbərinə görə, bu barədə məlumat verən Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov ümid edir ki, müşahidəçilərin sayında artım olacaq.

Qurum rəsmisi qeyd edib ki, akkreditasiya prosesi yanvarın 31-nə qədər davam edəcək: "Beynəlxalq müşahidəçilərin müraciəti həmin günədək davam edəcək".

R.Qasımov bildirib ki, onların sənədlərinin Mərkəzi Seçki Komissiyasına daxil olması bu günlərdə daha da intensivləşəcək.

Xəbərlər departamenti

Gündəm