Bu dairələrin nəticələri yenidən araşdırılacaq - ADLAR (SİYAHI)
15.02.2020 12:34 Daxili siyasət

Bu dairələrin nəticələri yenidən araşdırılacaq - ADLAR (SİYAHI)

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında ümumilikdə 23 dairə üzrə namizədlərin şikayətinə baxılıb.

“MediaPost”un xəbərinə görə, iclasda 22 dairə üzrə müraciətlərin araşdırılması üçün müvafiq dairə seçki komissiyalarına göndərilməsi ilə bağlı qərar qəbul edilib.

“MediaPost” araşdırmaya göndərilən dairələr üzrə lider namizədlərin siyahısını təqdim edir:

8 saylı Binəqədi Birinci seçki dairəsi – Azay Quliyev

13 saylı Xəzər-Pirallahı Seçki Dairəsi – Rauf Əliyev

15 saylı Yasamal Birinci Seçki dairəsi – Ülvi Quliyev

16 saylı Yasamal İkinci Seçki dairəsi – Erkin Qədirli

18 saylı Nərimanov-Nizami seçki dairəsi – Rasim Musabəyov

22 saylı Nəsimi İkinci Seçki dairəsi üzrə - Asim Mollazadə

29 saylı Səbail seçki dairəsi – Nigar Arpadarai

31 saylı Suraxanı İkinci Seçki dairəsi - Etibar Əliyev

32 saylı Suraxanı Üçüncü Seçki dairəsi – Afət Həsənova

34 saylı Xətai İkinci Seçki dairəsi – Mixail Zabelin

40 saylı Kəpəz İkinci (Gəncə) seçki dairəsi – Musa Quliyev

42 Sumqayıt İkinci Seçki Dairəsi - Tahir Mirkişili

47 Saylı Mingəçevir Seçki dairəsi – Aydın Mirzəzadə

56 saylı Xaçmaz kənd seçki dairəsi – Sevil Mikayılova

60 Saylı Salyan-Neftçala Seçki dairəsi – Fəzail Aağamalı

63 saylı Sabirabad Birinci Seçki Dairəsiv – Kamal Cəfərov

72 saylı Yardımlı-Masallı seçki dairəsi – Musa Qasımlı

82 saylı Ağcabədi seçki dairəsi - Tahir Rzayev

94 saylı Bərdə kənd seçki dairəsi – Zahid Oruc

106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsi – Ülviyyə Ağayeva

107 saylı Qazax Seçki dairəsi - Səməd Seyidov

112 saylı Qax Seçki Dairəsi – Azər Kərimli

Onu da qeyd edək ki, iclasda Rəşad Mahmudovun lider namizəd olduğu 77 saylı Seçki dairəsi üzrə şikayətə də baxılıb. MSK araşdırma prosesində iddia edilən qanun pozuntularının öz təsdiqini tapmadığı üçün dairə üzrə səsvermənin nəticələrinin qüvvədə qalmasına qərar verib.

Xəbərlər departamenti

Gündəm