22 yaşlı hamilə qadın öldü
21.04.2021 20:39 Hadisə

22 yaşlı hamilə qadın öldü

Sabirabadda 22 yaşlı hamilə qadın dünyasını dəyişib.

"MediaPost"  APA-ya istinadən xəbər verir ki, 17 həftəlik hamiləliyi olan Sabirabad rayonunun Şəhriyar kənd sakini, 1999-cu il təvəllüdlü Əzizova Arifə Arif qızının halı pisləşdiyindən Sabirabad rayon xəstəxanasına çatdırılan anda keçinib.

Ölümün səbəbini aydınlaşdırmaq üçün tibbi ekspertiza təyin edilib, araşdırma aparılır.

Xəbərlər şöbəsi

Gündəm