24 saylı seçki məntəqəsində səsvermənin nəticələri ləğv edilib
20.02.2020 16:47 Cəmiyyət

24 saylı seçki məntəqəsində səsvermənin nəticələri ləğv edilib

"MediaPost" APA-ya istinadən xəbər verir ki, bu barədə MSK üzvü Validə Kazımova məlumat verib.

V. Kazımova bildirib ki, iddiaçı həmin dairədə səsvermənin nəticələrinin ləğv edilməsini xahiş edib: “Araşdırma zamanı 24 saylı seçki məntəqəsində qanun pozuntuları aşkarlanıb. Təklif edirəm həmin məntəqədə səsvermənin nəticələri etibarsız sayılsın”.

MSK şikayəti müzakirəyə çıxarıb və 24 saylı seçki məntəqəsində səsvermənin nəticələrinin etibarsız sayılması ilə bağlı qərar qəbul edilib.

Şikayət qismən təmin edilib.

Xəbərlər departamenti

Gündəm