25 yanvardan bu sahələrin fəaliyyətinə icazə verildi
16.01.2021 10:34 Cəmiyyət

25 yanvardan bu sahələrin fəaliyyətinə icazə verildi

Operativ Qərargahın bugünkü qərarına əsasən, 2021-ci il 25 yanvar saat 00:00-dan etibarən ölkə ərazisində aşağıdakı iş və xidmətlərin fəaliyyətinə icazə verilir:

“MediaPost” xəbər verir ki, ticarət obyektlərinin fəaliyyəti (ictimai iaşə obyektləri, kafe, çay evləri və bu kimi məkanlarda müştərilərə yerində xidmət və iri ticarət mərkəzlərinin, “Mall”ların fəaliyyəti istisna olmaqla);

bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər (o cümlədən, bu sahələrdə müştərinin evində və ya digər məkanda xidmət);

muzey və sərgi zallarının fəaliyyəti;

şəhərlərarası və rayonlararası hərəkət.

Xəbərlər şöbəsi

Gündəm