"27 sentyabrdan başlayaraq Azərbaycanın yaşayış məntəqələrinə 30 mindən çox mərmi atılıb" - Hikmət Hacıyev
13.11.2020 18:26 Xarici siyasət

"27 sentyabrdan başlayaraq Azərbaycanın yaşayış məntəqələrinə 30 mindən çox mərmi atılıb" - Hikmət Hacıyev

“27 sentyabrdan başlayaraq Ermənistan silahlı qüvvəLərinin hədəfli və məqsədyönlü şəkildə Azərbaycanın yaşayış məntəqələrinə və mülki obyektlərinə 30 mindən artıq mərmi atılıb”.

“MediaPost” xəbər verir ki, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev Ermənistanın təcavüzü mntəicəsində 27 sentyabrdan başlayaraq Azərbaycan ərazisinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə əlaqədar görülən işlərlə bağlı brifinqdə deyib.

“227-dən artıq raket atılıb ki, onların sırasında da kassetli silahlardan, həmçinin də ballistik raketlərdən istifadə edilib.

Hətta bir sıra raketlərin düşmə məntəqəsi sonrakı məqamlarda müəyyən ediləcək”, - deyə o qeyd edib.

Billurə Yunus

Gündəm