"28 illik avtomobillə cəmi 12 min kilometr yol gedib"
10.08.2020 16:22

"28 illik avtomobillə cəmi 12 min kilometr yol gedib"

Türkiyənin Sivas şəhərində yaşayan İzzet Gül adlı şəxs 24 ildir sahib olduğu avtomobili ilə bugünədək heç bir qəza törətməyib. 

“MediaPost” xəbər verir ki, 1996-cı ildə təqaüdə çıxdıqdan sonra aldığı “Tofaş” markalı avtomobili ilə  İzzet Gül bu gündədək nə qayda pozmayıb, nədəki qəzaya düşməyib. 

İzzet Gül gül: “Yola çıxanda işarələrə baxıram. Əgər qarşımdakı avtomobil gedirsə heç vaxt onu ötmürəm. Əgər yolda sürət 80-dırsa mən 60-la gedirəm. Xoşbəxtlikdən, nəqliyyat vasitəmlə heç vaxt qəza etməmişəm. Allaha şükür ki, polis tərəfindən də heç vaxt cəzalanmadım. Avtomobilimin mühərriki heç vaxt təmir olunmayıb”.

İ.Gül həmçinin bugünədək avtomobilinə çoxlu sayda müştəri çıxdığını bildirib: “Maşınımda hər şey orjinaldır. İstehsalından 4 il sonra almışam. Almaq istəyən insanlar var, amma heç kimə satmıram. Ümumilikdə bu avtomobil  12 min kilometr yol qət edib”. 

img
img
img

Xəbərlər şöbəsi

Gündəm