"28 Mall"dakı hadisə ilə bağlı açıqlama - FOTO
25.12.2019 13:22 Hadisə

"28 Mall"dakı hadisə ilə bağlı açıqlama - FOTO

Hadisə şahidlərinin "MediaPost"a verdiyi məlumata görə, "28 Mall" Ticarət Mərkəzinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə bölmələri cəlb edilib.

İddiaya əsasən, dünən axşam saatlarında ticarət mərkəzinin qarajında yanğın hadisəsi baş verib. Lakin səlahiyyətli şəxslər bunu inkar edib.

Belə ki, şahidlərin sözlərinə görə, ərazini mühafizə edən polis əməkdaşları insanları alış-veriş mərkəzinə buraxmayıb və onlara ərazidə yanğın hadisəsinin olmadığı bildirilib.

Hadisə ilə bağlı "Paşa İnşaat" şirkətlərinə daxil olan ticarət mərkəzlərinin marketinq şöbəsinin rəhbəri Nuranə İskəndərova "MediaPost"-a açıqlama verərkən bildirib ki, hadisə axşam saatlarında "28 Mall"ın parkinqində yaşanıb:

"Orada maşınlardan birinin kapotunun altından tüstü qalxmağa başlayıb. Bir neçə dəfə ticarət mərkəzinin içərisində maşının tüstülənməsi barədə xəbərdarlıq olub. Avtomobilin seriya nömrəsi səsləndirilərək, sahibinin nəqliyyat vasitəsinə yaxınlaşması xahiş edilib. Lakin məlumat şöbəsinə heç kim yaxınlaşmayıb. Hadisənin daha da böyüməməsi üçün Fövqəladə Hallara Nazirliyinə zəng vurulub. Qurumun əməkdaşları gələrək bununla bağlı tədbir görüb. Bundan sonra tüstülənəmənin qarşısı alınıb. Ardınca maşının sahibi hadisə yerinə gələrək maşınını götürüb və AVM-dən çıxıb".

28 Mall

Xəbərlər departamenti

Gündəm