30 yaşlı qadının intiharı ilə bağlı açıqlama
25.01.2021 20:19 Gündəm

30 yaşlı qadının intiharı ilə bağlı açıqlama

Ötən gün Bakıda baş verən intihar hadisəsi ilə bağlı araşdırmalar davam etdirilir.

Bu barədə "MediaPost"a Nərimanov rayon prokurorluğundan bildirilib.

Məlumata görə, yanvarın 24-də saat 15 radələrində paytaxtın Yasamal rayon sakini 1991-ci il təvəllüdlü Qurbanova Sevda Şikar qızının Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən hündürmərtəbəli binanın 18-ci mərtəbəsindən özünü ataraq intihar etməsi faktı üzrə hazırda  Nərimanov rayon prokurorluğu tərəfindən araşdırmalar davam etdirilir.

Xəbərlər şöbəsi

Gündəm