33 əsgərin ölümündən sonra NATO Türkiyə ilə bağlı qərarını verdi
28.02.2020 08:31 Xarici siyasət

33 əsgərin ölümündən sonra NATO Türkiyə ilə bağlı qərarını verdi

"MediaPost" xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq "Twitter" hesabından verdiyi son dəqiqə açıqlamasında Türkiyənin tələbi ilə fövqəladə iclas keçirməyi qərara alıb.

Qərara əsasən, NATO-ya üzv olan hər bir ölkə 4-cü maddəyə əsasən, öz müdafiə haqlarından istifadə edə bilər. 4-cü maddəyə görə, NATO müttəfiqi olan hər bir ölkə ərazi bütövlüyü, təhlükəsizliyi və siyasi azadlığı təhdid olunduğu zaman istədiyi vaxt fövqəladə iclas çağıra bilər.

Xatırladaq ki, Türkiyə sonuncu dəfə 2015-ci ildə 4-cü maddənin işlədilməsini istəyib. Bunun ardınca NATO Suriyadan gələn təhdidlərə qarşı Türkiyəni müdafiə edib.

Xəbərlər departamenti

Gündəm