35 milyonluq malikanədə 30 illik cəsəd
11.08.2020 14:49 Gündəm Dünya

35 milyonluq malikanədə 30 illik cəsəd

Fransanın paytaxtı Parisin 35,1 milyon avro dəyərindəki boş bir malikanənin zirzəmisində cəsəd tapılıb.

“MediaPost” xəbər verir ki, cəsədin 30 il öncə öldüyü müəyyən edilən Cen-Pier Rinaud adlı bir şəxsə aid olduğu açıqlanıb. Meyit üzərində aparılan müayinə zamanı bəzi sümüklərin qırıq olduğu və bıçaq yaraları aşkar edilib. Cəsədin restavrasiya işləri zamanı tapıldığı bildirilib. 

Polis əməkdaşları 30 il öncə ölən Rinaudun evsiz olduğunu açıqlayıb. Alkoqol problemi olan şəxsin ailəsinə də xəbər verilib. Lakin Pier Rinaudun cinayətə qurban gedib-getmədiyinin məlum olmadığını vurğulayan polis “əgər bu, bir cinayətdirsə, bu barədə heç vaxt məlumat əldə etməyə bilərik”, - deyə qeyd edib. 

Qeyd edilib ki, bir Hollandiya şirkətinə aid olduğu bildirilən malikanə yanvarda 15 dəqiqə davam edən hərracla satılıb. Evin yeni sahibi olan Cen-Bernard Lafontanın 30 ildir boş olan malikanə üçün qiymətinin 6 qatı pul ödədiyi vurğulanıb. Lafonta restavrasiya işlərinin baş verən hadisələrlə bağlı dayandığını və payızda davam edəcəyini deyib.

Anara Mikayılova

Xəbərlər şöbəsi

Gündəm