38 min 659-a çatdı
06.08.2020 11:55 Gündəm Dünya

38 min 659-a çatdı

Son gündə Qırğızıstanda COVID-19 koronavirusuna yoluxanların sayı 549 nəfər artaraq 38 min 659-a çatıb. Bunun 162-si Bişkekin payına düşür.

“MediaPost” Qırğızıstan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, son 24 saat ərzində bu virusdan 9 nəfər ölüb, pandemiya dövründə vəfat edənlərin sayı 1447 nəfərdir.

Bildirilib ki, son gündə 37, indiyədək isə 2 min 911 tibb işçisi bu virusa yoluxub.

Qeyd olunub ki, ötən gecə Moskvadan Bişkekə 150, Oş şəhərinə isə 339 Qırğızıstan vətəndaşı gətirilib.

Xəbərlər şöbəsi

Gündəm