38 yaşlı qadının  intihar səbəbi məlum oldu
26.01.2021 22:34 Gündəm

38 yaşlı qadının intihar səbəbi məlum oldu

Xəbər verdiyimiz kimi, bu gün Binəqədi rayonu, S.S.Axundov küçəsində intihar hadisəsi baş verib.

"MediaPost" Publika.az-a istinadən xəbər verir ki, 1983-cü il təvəllüdlü Məmmədzadə Səbinə Adil qızının intiharı ilə bağlı bəzi məlumatlar əldə edilib.

Belə ki, çoxmərtəbəli binanın 5-ci mərtəbəsindən özünü atan 38 yaşlı qadının psixoloji problemləri olub. Hadisə zamanı onun əlində paltarla dolu çanta və ayağında gündəlik geyindiyi "krasofka" olub.

Ehtimal edilir ki, o, eyvanın qapısını açıb, sanki evdən çölə çıxırmış kimi hərəkət edib. Yəni, intihar etmək fikri olmayıb.

Məlumata görə, Səbinənin yaşlı anası və bir oğlu var. Oğlu nənəsi ilə birlikdə Ayna Sultanova küçəsində yerləşən mənzillərin birində yaşayır.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğu tərəfindən araşdırmalar davam etdirilir.

 

Xəbərlər şöbəsi

Gündəm