39 il əvvəl koronavirusla bağlı yazılmış kitab üzə çıxdı - FOTO
15.02.2020 06:42 Dünya

39 il əvvəl koronavirusla bağlı yazılmış kitab üzə çıxdı - FOTO

“MediaPost”un xəbərinə görə, Uhan-400-lə koronavirus arasındakı bənzərliklər isə "Twitter" istifadəçilərini heyrətləndirib.

Kuntz kitabının 39-cu bölməsində Çin Kommunist Partiyası tərəfindən Uhan yaxınlarındakı hərbi laboratoriyalarda hazırlanan bioloji silah barədə yazıb. Kitabda silahın araşdırılmasına rəhbərlik edən və Çinin ən təhlükəli kimyəvi silahları haqında məlumatlı olan elm adamı Li Çenin ABŞ-a sığındığı öz əksini tapıb.

Kitabda virusun yalnız insanlara təsir göstərdiyi, insan bədənindən kənarda və 30 dərəcədən soyuq yerlərdə yaşaya bilmədiyi qeyd olunub:

“Uhan-400 möhtəşəm silahdır. Sadəcə insanlara təsir edir. Başqa heç bir canlıda yaşaya bilməz”.

Kitabdakı virusla həqiqi koronavirus arasında böyük fərq də var. Belə ki, Uhan-400 100 faiz ölümə səbəb olursa, koronavirusa yoluxanların ölüm ehtimalı 2 faizdir.

39 il əvvəl koronavirusla bağlı yazılmış kitab üzə çıxdı

Xəbərlər departamenti

Gündəm