5-20 aprel tarixlərində icazə alan vətəndaşların sayı açıqlanıb
20.04.2020 10:30 Cəmiyyət

5-20 aprel tarixlərində icazə alan vətəndaşların sayı açıqlanıb

Birinci icazəli hərəkət dövründə (5-20 aprel) tarixlərində icaze.e-gov.az sistemində 49162 təşkilat tərəfindən 740 mindən icazə alınıb.

“MediaPost”un məlumatına görə, bunu Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fazil Cəfərov Real TV-yə açıqlamasında deyib. O, icazələrlə bağlı bir sıra statistik məlumatları açıqlayıb:

“Təbii ki, icazə alanların 185 mini əvvəlcədən ya vaxtı bitib, ya dayandırlıb ya da formata uyğun olmadığına görə ləğv olunub. Hazırda isə aktiv 740 min icazəli şəxs var. Bununla yanaşı digər vətəndaşlar üçün də 8103 sms icazə xidməti vasitəsilə bu günə qədər 10 milyondan çox vətəndaşa icazə verilib. Dünənki statistikaya görə 83 faiz insana müsbət cavab verilib. Yəni gündəlik təqribən 900 min-1 milyon arası sms göndərilirdisə, bunun onlardan 830 min nəfərə müsbət cavab verilib. Son günün statistikasına görə 1, 2 və 3 rəqəmindən istifadə etməklə göndərilən SMS-lərin cavablandırılmasında orta rəqəm 1 saniyə təşkil edir. Yəni 1 saniyə içərisində vətəndaşlar dərhal cavab ala bilirlər.

Bu gün demək olar ki, 2.7 milyon Azərbaycan vətəndaşı artıq SMS-lə icazə sistemindən istifadə edib. Əsasən, SMS-lərin göndərilməsi və icazələrin verilməsi saat 10:00-13:0015:00-21:00 əhatə edir”.

Xəbərlər departamenti

Gündəm