“50 min dollar təklif edirlər, amma bir şərtlə ki...”
26.02.2020 13:30 İqtisadiyyat

“50 min dollar təklif edirlər, amma bir şərtlə ki...”

MediaPost” xəbər verir ki, “Aidatoolkit” adlanan startapın yaradıcısı Vüqar Rəcəbov və onun komandasıdır.

Onun sözlərinə görə, onların startapı bir çoxlarının işini asanlaşdırcaq.

“Bizim startap media kontentin yaradılması üçün olan bir platformadır. Kim bu kontentin yaradılması ilə məşğuldur, bu onlar üçün hamısı bir arada olan bir alətdir. Jurnalistləri misal göstərmək olar. Misal olaraq məqaləni jurnalist yazdıqdan sonra redaktor bu yazıya baxır və mövzuları, mətnləri təsdiqləyir. Bizim platformada bu işlərin hamısını eyni vaxtda həyata keçirmək mükündür”, - deyə Vüqar Rəcəbov bildirib.

Startap yaradıcısının sözlərinə görə, bu məhsulun üstünlüklərindən biri də şirkət daxilində e-maillə və ya "Google docs"la aparılan yazışmalardan fərqli olaraq, bu platforma ilə giriş verilən istənilən şəxs istənilən prosesi izləyə bilir. Bu da işin gedişatını asanlaşdırır.

“Reklam şirkətlərində sosial şəbəkələrdəki postları 6-7 nəfər yaradır. Bunlardan biri strategiyanı verir, biri mətni yazır, digəri yoxlayır, dizaynı düzəldir, digər bir nəfər isə ümumiyyətlə strategiyaya uyğun olub-olmadığını yoxlayır. Daha sonra məhsul müştəriyə göndərilir. Müştəri də məhsul xoşuna gələcəyi təqdirdə təsdiq edir. Hazırda bütün bu proseslər emaillə aparılır. Bizdə istəyirik ki, bu proseslərin hamısını bir platformada cəmləyək və emailə ehtiyac qalmasın”-deyə o bildirib.

Onun sözlərinə görə, potensial müştəriləri reklam agentlikləri, "freelancer"lər və blogerlərdir.

“50 min dollar təklif edirlər, amma bir şərtlə ki...”

“Aylıq abunə 15-20 dollar olacaq”

Vüqar Rəcəbovun sözlərinə görə, startap hazırda akselerasiya prosesində olduğundan müştərilərə konkret qiymət təklif edə bilmirlər:

“Xidmətlərimizin qiymətləri hansı texnalogiyalardan istifadə etməyimizdən asılı olacaq. Amma təxmini deyə bilərəm ki, bir nəfər üçün aylıq abunə qiyməti 15-25 dollar arasında olacaq. İstifadəçilər bütün yazılarını bu platformada saxlaya biləcək. Eyni zamanda müştəri üçün hesabat verə bilərlər. Sistemimiz hətta hansı yazılarda daha uğurlu nəticələr əldə etmək olar kimi məsləhətlər verir”.

“50 min dollar təklif olunur”

Gələcək planlarından danışan startap yaradıcısı hazırda startaplarını satmaq fikirlərinin olmadığını bildirib. O yaxın gələcəkdə Avropa və Amerika bazarına daxil olmaqlarını planlaşdırdıqlarını qeyd edib.

Hazırda fikirləşirik ki, barama pre-akselerasiya proqramından investisiya cəlb edək. Daha sonra da xarici investorlar cəlb edək. Artıq bir nəfər yerli investordan təklif var. Amma o şərtlə ki, məhsul tam hazır olmalıdır. Yerli investor 50 min dollar investisiya təklif edir. Amma biz də öz növbəmizdə pre-akselarasiyanı uğurla başa vurmalıyıq”, - deyə Vüqar Rəcəbov bildirib.

“50 min dollar təklif edirlər, amma bir şərtlə ki...”

“İnvestisiya qoyanlar yaxşı gəlir götürəcək”

Startap yaradıcısının sözlərinə görə, belə layihələrə Amerikada böyük maraq var. Həmçinin onun sözlərinə görə, startap yaxşı gəlir gətirəcək.

“Bizim fikrimizcə bu layihədə aylıq artım 15-20% aşağı olmayacaq. Yəni startapın böyüməsi və əldə olunan gəlir bundan aşağı olmamalıdır. Belə bir böyümə nəzərə alsaq ilk 6-7 ayda yaxşı gəlir götürmək olacaq. Xaricdə bu layihəyə maraq çoxdur. Bazar da çox böyükdür. Bir çox ölkələrdə blogerlər, bu sahədə vergi ödəmirlər. Ona görə, bazarın həcmini ölçmək bizə çətindir. Əldə etdiyimiz məlumata görə, bu tipli problemləri həll edən Amerikada bir neçə oyunçu var. Onların illik dövriyyəsi 120 milyon dollardan çoxdur. Bu da o deməkdir ki, çox böyük maraq var. Nəzərə alsaq ki, sosial şəbəkələr və ümumiyyətlə kontentin yaradılması marketinqdə daha mühüm yer tutur. İnanırıq ki, xaricdə də startapımıza maraq çox olacaq”, - deyə o bildirib.

Xəbərlər departamenti

Gündəm