6 məşhur qadına 104 minlik cərimə
05.08.2020 12:50 Şou-biznes Mədəniyyət

6 məşhur qadına 104 minlik cərimə

Türkiyəli  məşhurlar Seda Sayan, Şeyma Subaşı, Seren Serengil, Seray Sever, Ebru Akel və Seda Akgül cərimə olunub.

“MediaPost” xəbər verir ki, buna  zəmin yaradan isə onların sosial şəbəkədə reklam etdikləri dərman olub.

Belə ki, sənətçilər “No Attack” adlı dərmanı İnstaqram “Story”də reklam edərək koronavirus müalicəsində effektli olduğunu söyləyiblər. Buna görə də onların hər biri 104 min lirə (təxminən, 25 min 230 manat) cərimə ediliblər.

Xəbərlər şöbəsi

Gündəm