60 yaşlı kişi avtomobilinin altında qalaraq öldü
23.02.2021 22:46 Hadisə

60 yaşlı kişi avtomobilinin altında qalaraq öldü

Gədəbəydə bədbəxt hadisə baş verib.

"MediaPost" APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qara Murad kəndin qeydə alınıb.

Ehtiyatsızlıqdan öz maşınının altında qalaraq komaya düşən Gədəbəy sakini xəstəxanada dünyasını dəyişib.

 Həkimlərin tibbi müdaxiləsinə baxmayaraq, 60 yaşlı Qara Murad kənd sakini Lətif Ələsgərovun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, mərhum şəkər xəstəliyindən əziyyət çəkirmiş.

Xəbərlər şöbəsi

Gündəm