61 yaşlı qadın sirkə turşusundan öldü
06.05.2021 23:37 Hadisə

61 yaşlı qadın sirkə turşusundan öldü

Sabirabadda 61 yaşlı qadın sirkə turşusundan ölüb.

"MediaPost" “Qafqazinfo" istinadən bildirir ki, rayon sakini, 1959-cu il təvəllüdlü Məmmədova Minəş Tarverdi qızı sirkə turşusu zəhərlənməsi ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

Qadına ilkin tibbi yardım göstərildikdən sonra reanimasiya şöbəsinə yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Xəbərlər şöbəsi

Gündəm