62 yaşlı kişi arvadını öldürdü
16.05.2021 20:38 Hadisə

62 yaşlı kişi arvadını öldürdü

Ağstafa rayonunda kişi arvadını öldürüb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Köçəsgər kəndində baş verib.

Belə ki, kənd sakini 62 yaşlı Ç.Hüseynova həyat yoldaşı tərəfindən ailə məişət zəminində yaranan problem səbəbindən qətlə yetirilib.

İlkin məlumatlara görə, kişi qadını boğaraq öldürüb.

Faktla bağlı polisə məlumat verilib, araşdırma aparılır.

Xəbərlər şöbəsi

Gündəm