7 nəfərin xəsarət aldığı qəzayla bağlı açıqlama
22.11.2019 08:35 Gündəm

7 nəfərin xəsarət aldığı qəzayla bağlı açıqlama

Səhiyyə Nazirliyi ötən gecə Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində baş verən yol qəzası barədə məlumat yayıb.

Nazirlikdən Mediapost.az-a bildirilib ki, hadisə nəticəsində 1 nəfər hadisə yerində dünyasını dəyişib, 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Sumqayıt xəstəxanasına çatdırılıb.

Onlardan 3-ü reanimasiya,1-i travmatologiya şöbəsinə yerləşdirilib, müalicələri davam edir. 3 nəfər isə lazımi tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıblar.

Xəbərlər departamenti

Gündəm