72 saatda 25 milyon istifadəçi qeydiyyatdan keçdi - VİDEO
12.01.2021 22:37 Dünya

72 saatda 25 milyon istifadəçi qeydiyyatdan keçdi - VİDEO

"Yanvar ayının ilk həftəsində “Telegram” aylıq 500 milyon aktiv istifadəçini keçdi".

 "MediaPost" xəbər verir ki, bu barədə "Telegram"ın qurucusu Pavel Durov məlumat verib.

O, son 72 saatda daha 25 milyon istifadəçinin qeydiyyatdan keçdiyini söyləyib:

"Yeni istifadəçilər dünyanın dörd bir yanından - 38% -i Asiyadan, 27% -i Avropadan, 21% -i Latın Amerikasından və 8% -i Şimali Afrika və Yaxın Şərqdən gəlib. Bu, hər gün 1,5 milyon yeni istifadəçinin qeydiyyatdan keçdiyi ötən ilə nisbətən əhəmiyyətli bir artımdır. İstifadəçi məxfiliyini qoruduğumuz 7 illik tariximizdə əvvəllər də yüklənmələrdə artımlar olmuşdu. Ancaq bu dəfə fərqlidir. İnsanlar artıq gizliliklərini pulsuz xidmətlər ilə dəyişdirmək istəmirlər.

Yarım milyard aktiv istifadəçisi olan və sürətlə böyüyən “Telegram”, məxfilik və təhlükəsizliyə sadiq bir rabitə platforması axtaranlar üçün ən böyük sığınacağa çevrildi. Bu məsuliyyəti çox ciddi qəbul edirik. Biz sizi məyus etməyəcəyik. Bizim üçün “Telegram” bir fikirdir: bu planetdəki hər kəsin azad olmaq haqqı".

Anara Mikail

Gündəm