8 dildə tərcümə edən maska hazırlandı
04.08.2020 12:36 Gündəm Dünya

8 dildə tərcümə edən maska hazırlandı

Yaponiyada “Donut Robotics” adlı texnologiya şirkəti istifadə edən şəxsin səsini yüksəldərək sosial məsafənin qorunmasına kömək edən və Yapon dilindən 8 dilə tərcümə edən mikrofonlu maska istehsal edib.

“MediaPost” xəbər verir ki, plastik və silikondan hazırlanan maska standart üz maskasının üzərinə taxılır. Belə ki, maska blutuz köməyi ilə mobil telefon və ya tabletə qoşulur, istifadə edən şəxsin söylədiklərini mətn mesajlarına çevirir və bunları səsləndirir. 

Şirkətin CEO-su Taisuke Ono “C-mask” adını verdikləri maska üçün “arada virusa qarşı bölmələr olduğu üçün marketlərin kassalarında müştərilərin söylədikləri anlaşılmır. Bu maska dediklərini mətnə çevirir və oxuyur” - deyə qeyd edib.

 

Xəbərlər şöbəsi

Gündəm