8 martda avtobuslar işləməyəcək - Qərar - <span>VİDEO</span>
03.03.2021 22:31 Cəmiyyət

8 martda avtobuslar işləməyəcək - Qərar - VİDEO

Azərbaycan ərazisində 6 mart saat 00:00-dan 9 mart saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılacaq.

"MediaPost"un məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarında müvafiq dəyişiklik edib.

Xatırladaq ki, bundan öncə “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərara əsasən, Azərbaycan ərazisində 6 mart saat 00:00-dan 8 mart saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılmalı idi.

Qeyd edək ki, 8 mart Qadınlar günü iş günü olmayan bayram günüdür. 

 

Xəbərlər şöbəsi

Gündəm