80 nəfər jurnalist Xankəndidən təhlükəsiz çıxa bilmir? - <span>RƏSMİ AÇIQLAMA</span>
05.11.2020 16:22 Siyasət

80 nəfər jurnalist Xankəndidən təhlükəsiz çıxa bilmir? - RƏSMİ AÇIQLAMA

"Sərhədsiz reportyorlar" təşkilatının 80 nəfər yerli və xarici jurnalistin Xankəndidən təhlükəsiz çıxa bilməməsi ilə bağlı açıqlaması ilə əlaqədar bildiririk ki, Laçın dəhlizi vasitəsilə Xankəndi ilə Ermənistan arasında yolu bağlayan məhz Ermənistandır. Dünən Ermənistan tərəfi açıqlama verərək yolu bağladığını bildirmişdi".

"MediaPost"un xəbərinə görə, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev deyib.

"Ümumiyyətlə, Xankəndidən Ermənistana iki yol var. Biri Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonu ərazisindən keçərək Ermənistanın Vardenis rayonuna doğru gedir. Digər yol isə Laçın dəhlizi vasitəsi ilədir. Bu günə olan məlumata görə hər iki yol Ermənistan silahlı qüvvələrinin nəzarətindədir", - H.Hacıyev əlavə edib.

Xəbərlər departamenti

Gündəm