87 saylı Ağsu-İsmayıllı seçki dairəsində yaşı 100-dən yuxarı olan 9 seçici var
23.12.2019 09:15 Daxili siyasət

87 saylı Ağsu-İsmayıllı seçki dairəsində yaşı 100-dən yuxarı olan 9 seçici var

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, artıq səhər saat 8:00-dən etibarən səsvermə başlayıb.

Qeyd edək ki, 87 saylı Ağsu-İsmayıllı Seçki dairəsi üzrə 63 seçki məntəqəsi fəaliyyət göstərir. Bu dairə üzrə ümumilikdə 36 bələdiyyəyə seçki keçirilir. Bunlardan 31-i Ağsu, 5 bələdiyyə isə İsmayıllı rayonunun payına düşür.

87 saylı Ağsu-İsmayıllı Seçki dairəsi üzrə 41 185 seçici var, onlardan 36 472 nəfəri Ağsu rayonu 4 713 nəfəri isə İsmayıllı rayonunun payına düşür.

İlk dəfə səs verənlərin sayı 512 nəfər, yaşı 100-dən yuxarı olanların seçicilərin sayı isə 9 nəfərdir. Ən yaşlı seçici Kəndoba bələdiyyəsinin Abasxanlı kəndində 1895-ci il təvəllüdlü Hüseynova Nənəş Eynulla qızıdır.

Mediapost.az

Xəbərlər departamenti

Gündəm